SON XƏBƏRLƏR

DMİTRİ MEDVEDYEVLƏ EDUARD KOKOYTININ CƏNUBİ OSETİYANIN RUSİYAYA BİRLƏŞMƏSİ HAQDA RAZILAŞMA ƏLDƏ ETDİKLƏRİ AÇIQLANDI

2021.10.20, 07:36
DMİTRİ MEDVEDYEVLƏ EDUARD KOKOYTININ CƏNUBİ OSETİYANIN RUSİYAYA BİRLƏŞMƏSİ HAQDA RAZILAŞMA ƏLDƏ ETDİKLƏRİ AÇIQLANDI

Gunaz.tv
DMİTRİ MEDVEDYEVLƏ EDUARD KOKOYTININ CƏNUBİ OSETİYANIN RUSİYAYA BİRLƏŞMƏSİ HAQDA RAZILAŞMA ƏLDƏ ETDİKLƏRİ AÇIQLANDI Cənubi Osetiyan rəsmiləri bəyan ediblər ki, Rusiya «müstəqilliyni» yenicə tanıdığı respublikanı özünə birləşdirəcək. «Media forum»un məlumatına görə, Cənubi Osetiya «parlamentinin» sədri Znaur Qassiyev Rusiya prezidenti Dmitri Medvedyevlə separatçı rejimin rəhbəri Eduard Kokoytının respublikanın gələcəyi məsələsində razılığa gəldiyini açıqlayıb. Bu həftə əldə olunmuş razılaşmada Cənubi Osetiyanın yaxın bir neçə il ərzində Rusiyanın tərkibinə qatılması nəzərdə tutulur. Znaur Qassiyevin müavini Tarzan Kokoytı isə bəyan edib ki, Cənubi Osetiyanın Rusiyanın tərkibində olan Şimali Osetiya ilə birləşmək hüququ var: «Biz vahid Rusiya dövlətində yaşayacağıq». T.Kokoytı Cənubi Osetiyada Rusiya hərbi bazalarının yerləşdirilməsi ilə bağlı müqavilə imzalanacağını da bildirib. Onun sözlərinə görə, razılaşma ilə bağlı mərasim sentyabrın 2-də Sxinvalidə keçiriləcək. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar