SON XƏBƏRLƏR

ZƏLİMXAN YAQUB AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN SƏDRİ SEÇİLİB

2021.10.20, 07:36
ZƏLİMXAN YAQUB AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN SƏDRİ SEÇİLİB

Gunaz.tv
ZƏLİMXAN YAQUB AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN SƏDRİ SEÇİLİB zelimxan_yaqub-75x75.jpg Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Azərbaycan Aşıqlarının V Qurultayı keçirilib. Qurultaydan əvvəl Azərbaycan aşıqları Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Qurultayda giriş sözü ilə çıxış edən akademik Bəkir Nəbiyev Aşıqlar Birliyinin ilk qurultayının 1928-ci ildə keçirildiyini bildirib və birliyə ilk olaraq Hüseyn Arifin rəhbərlik etdiyini qeyd edib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qurultay iştirakçılarına dövlət başçısı İlham Əliyevin təbriklərini çatdırıb və prezidentin bu qurultayla bilavasitə maraqlandığını qeyd edib: “Bu qurultay keçirildikdən sonra biz Azərbaycan aşıq sənətinin daha da yüksəldilməsi yönündə işlər görəcəyik. Bədnam qonşularımız tərəfindən milli muisiqimiz, mədəniyyətimiz və mətbəximiz mənimsənildiyi kimi, artıq aşıq sənətini də özününküləşdirməyə başlayıblar. Əlbəttə, biz buna yol verməcəyik və dünya xalqlarına aşıq yaradıcılığının məhz Azərbaycana məxsus olduğunu sübut edəcəyik”. Professor Məhərrəm Qasımlı qurultayda qonşu ölkələrdən gəlmiş sənət adamlarının da iştirak etdiyini qeyd edərək, bu qurultayın Azərbaycan aşıq sənətinin inkişafında müstəsna rol oynacağını qeyd edib: “Təəssüf ki, bir neçə ildir, Aşıqlar Birliyi pərakəndə şəkildə fəaliyyət göstərir. Bu birlikdə uzun müddətidir, yalançı hökmranlıq hökm sürür və bu gün biz bu pərakəndəliyə son qoyacağıq”. M. Qasımlı onu da deyib ki, bugünkü qurultayda əvvəlcə idarə heyəti seçiləcək, idarə heyəti isə sədr və üç nəfər katibi müəyyənləşdirəcək. O, Aşıqlar Birliyinə sədr kimi ən real namizədlərin Qəzənfər Paşayev və Zəlimxan Yaqub olduğunu da açıqlayıb. Sonra qurultayda sədr seçkisi keçirilib. Səsvermə nəticəsində Z. Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar