SON XƏBƏRLƏR

Türkiyədə iki hərbçi şəhid oldu

2021.10.20, 07:36
Türkiyədə iki hərbçi şəhid oldu

Gunaz.tv
Türkiyədə iki hərbçi şəhid oldu Türkiyənin Şırnaq vilayətinin Silopi qəsəbəsində Silahlı Qüvvələrlə PKK terrorçuları arasında atışma baş verib. Lent.az-ın məlumatına görə, atışma nəticəsində iki hərbçi şəhid ilə olub. Bölgədə genişmiqyaslı hərbi əməliyyat başlayıb, hazırda atışma davam edir. LENT.AZ -------------------------------------------------------------------- “əl-Qaidə”nin terror aktı törətmək cəhdinin qarşısı alınıb İstanbulda “əl-Qaidə” terror təşkilatının üzvü olmaqda təqsirləndirilən 21 nəfər tutulub. Lent.az-ın məlumatına görə, İstanbul polisi eyni zamanda şəhərin müxtəlif yerlərində əməliyyat keçirib. Tutulan şəxslərin terror aktı törətməyə hazırlaşdıqları müəyyən edilib. Hazırda onların dindirilməsi davam etdirilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar