SON XƏBƏRLƏR

EKSPERT HESAB EDİR Kİ, AVROPA ÖLKƏLƏRİ RUSİYAYA QARŞI KƏSKİN QƏRAR QƏBUL ETMƏYƏCƏK

2021.10.20, 07:36
EKSPERT HESAB EDİR Kİ, AVROPA ÖLKƏLƏRİ RUSİYAYA QARŞI KƏSKİN QƏRAR QƏBUL ETMƏYƏCƏK

Gunaz.tv
EKSPERT HESAB EDİR Kİ, AVROPA ÖLKƏLƏRİ RUSİYAYA QARŞI KƏSKİN QƏRAR QƏBUL ETMƏYƏCƏK moskva.jpg “Qərbin Rusiyaya qarşı əlində tutduğu kartlar çox güclü deyil”. Bu barədə “Amerikanın səsi” radiosuna Nyu-Yorkdakı “Medli” İqtisadi Məsləhətlər Mərkəzinin eksperti Kaan Nazlı bildirib. Ekspert hesab edir ki, Ümumdünya Ticarət Təşkilatı və NATO ilə əlaqələrin kəsilməsi Rusiya üçün o qədər vacib deyil. Əksinə, Moskva Qərblə qarşıdurmada daha güclü görünür. “Xüsusilə də enerji baxımından Avropa Rusyadan asılıdır. Köhnə Avropanın qaz qaynaqlarının 25 faizi, Şərqi Avropada isə 80 faizi Rusiyadan asılıdır. Buna görə, Avropanın Rusiya ilə bağlı kəskin qərar qəbul edəcəyi gözlənilmir”. Bununla yanaşı, o bildirib ki, Gürcüstanla müharibə Rusiya iqtisadiyyatına böyük zərər vurub, birjada xeyli pul itkisi olub və inflyasiyanın artımı davam edir. “Bu proses qarşıdakı 6 ay üçün daha pis olacaq. Ümumilikdə isə, ölkənin enerji qaynaqları Rusiyanın iqtisadiyyatını uzunmüddətli risklərdən mühafizə edir”. versiya

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar