SON XƏBƏRLƏR

Müstəqilliymizə doğru ilk addımın 17 ili

2021.10.20, 07:36
Müstəqilliymizə doğru ilk addımın 17 ili

Gunaz.tv
Müstəqilliymizə doğru ilk addımın 17 ili azerb.-bayraqi.jpg Bu gün(30-08-2008) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etməsi haqqında Bəyannamə qəbul olunmasının 17-ci ili tamam olur. Lent.az-ın məlumatına görə, Bəyannamə 1991-ci il avqustun 30-da Azərbaycan Ali Sovetin növbədənkənar sessiyasında qəbul edilib. Sənəddə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer alıb. Avqustun 30-da sessiya SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli fərmanı ilə Bakı şəhərində tətbiq olunmuş fövqəladə vəziyyətin ləğv olunması barədə qərar qəbul edib. Sessiyada, eyni zamanda “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında” Aktın layihəsini hazırlamağa da qərar verilib. Ali Sovetin qanuni varisi onun əsasında təşkil edilən 50 nəfərdən ibarət Milli Məclis olub ki, bu quruma Elmira Qafarova başçılıq edib. Pərvin Abbasov LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar