SON XƏBƏRLƏR

Rusiya Cənubi Osetiyada hərbi bazalar yerləşdirir

2021.10.20, 07:36
Rusiya Cənubi Osetiyada hərbi bazalar yerləşdirir

Gunaz.tv
Rusiya Cənubi Osetiyada hərbi bazalar yerləşdirir rus-baza-oset.jpg Rusiya Cənubi Osetiyada hərbi bazalar yerləşdirmək barədə qərar qəbul edib. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bazaların yerləşdirilməsi barədə müqavilə santyabırn 2-də Sxinvalidə imzalanacaq. Bu barədə Cənubi Osetiya “parlamentinin vitse-spikeri” Tarzan Kokoytı bildirib. Hələlik bazaların və yerləşdirəcək hərbçilərin sayı barədə məlumat verilmir. Tarzan Kokoytı bu məsələlərin “iki ölkənin ali rəhbərliyinin” səlahiyyətində olduğunu, parlamentin isə ancaq razılaşmanı təsdiqlədiyini vurğulayıb. Xatırladaq ki, separatçı Cənubi Osetiya liderləri dəfələrlə Rusiyaya müraciət edərək ərazidə hərbi baza yerləşdirilməsini xahiş ediblər. Avqustun 28-də Moskvadakı hərbi-diplomatik mənbə Rusiyanın Abxaziyada iki, Cənubi Osetiyada isə bir hərbi baza yaratmaq niyyətində olduğunu vurğulamışdı. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar