SON XƏBƏRLƏR

Şimali Qafqazda vəziyyət yenidən gərginləşib

2021.10.20, 07:36
Şimali Qafqazda vəziyyət yenidən gərginləşib

Gunaz.tv
Şimali Qafqazda vəziyyət yenidən gərginləşib cecenistan5.jpg Dağıstanda milis əməkdaşları güllələnib, Çeçenistanda isə iki kamikadze özünü partladıb Şimali Qafqazda vəziyyət yenidən gərginləşib. Çeçenistanın Şali rayonunda iki kamikadze Uaz markalı avtomobildə Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının «Cənub» batalyonunun ərazisinə daxil olaraq özlərini partladıblar. Hadisə nəticəsində 1 hərbçi həlak olub, 9-u yaralanıb. Partlayışı törədənlərin hər ikisi həlak olub. Dağıstanda isə Cemikent yaşayış məntəqəsi yaxınlığındakı post-patrul xidmətinin postu yaxınlığında milis əməkdaşları güllələnib. Posta yaxınlaşan "Qazel" markalı avtomaşından açılan atəş nəticəsində 1 milis nəfəri həlak olub. Cinayətkarlar hadisə yerindən qaça biliblər. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar