SON XƏBƏRLƏR

Qazaxıstan nefti 2011-ci ildə “Bakı-Tiflis-Ceyhan” borukəməri ilə nəql olunmalıdır

2021.10.20, 07:36
Qazaxıstan nefti 2011-ci ildə “Bakı-Tiflis-Ceyhan” borukəməri ilə nəql olunmalıdır

Gunaz.tv
Qazaxıstan nefti 2011-ci ildə “Bakı-Tiflis-Ceyhan” borukəməri ilə nəql olunmalıdır serik_primbetov-18_03_08.jpg Bu barədə Qazaxıstanın Azərbaycan Respublikasındakı səfiri Serik Primbetov bildirib Artıq 2011-ci ildə “Kaşaqan” yatağından əldə olunan Qazaxıstan nefti “Bakı-Tiflis-Ceyhan” borukəməri ilə nəql olunmalıdır. Bu barədə Qazaxıstanın Azərbaycan Respublikasındakı səfiri Serik Primbetov bildirib. Onun sözlərinə görə, bu, regiondakı vəziyyətdən və hasil olunan neftin həcmindən də asılı olacaq. Qazaxıstan tərəfi ümid edir ki, yaxın zamanlarda regiondakı vəziyyət stabilləşəcək. Bu barədə “Novosti-Azərbaycan” agentliyi məlumat yayıb. “Məlum olduğu ki, bizim parlament Qazaxıstanın “Bakı-Tiflis-Ceyhan”a qoşulmasını ratifikasiya edib. İnvestorlar 2005-ci ildən hasilata başlamalı idilər. O zaman əminliklə demək olardı ki, qazax neftinin BTC ilə nəqli təyin olunmuş zamanda başlayacaq. Amma layihədə gecikmələr müşahidə olunur. Buna görə də layihənin reallaşması təqribən 2013-cü ilə kimi ləngiyə bilər”, deyə Primbetov bildirib. Diplomat qeyd edib ki, hazırda Qazaxıstan hökuməti layihəni təyin olunmuş vaxtda reallaşdırmaq üçün investorlara qarşı sərt addımlar atır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar