SON XƏBƏRLƏR

SERJ SARKİSYAN: «DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ QISA MÜDDƏT ƏRZİNDƏ HƏLL OLUNACAQ»

2021.10.20, 07:36
SERJ SARKİSYAN: «DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ QISA MÜDDƏT ƏRZİNDƏ HƏLL OLUNACAQ»

Gunaz.tv
SERJ SARKİSYAN: «DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ QISA MÜDDƏT ƏRZİNDƏ HƏLL OLUNACAQ» serj_sarkisyan.jpg Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla ortaq məxrəcə gələcəklərini və qısa müddət ərzində problemin həll olunacağına inandığını bildirib. CNN türk kanalına müsahibə verən Ermənistanın dövlət başçısı Cənubi Osetiya və Abxaziya probleminin Dağlıq Qarabağ münaqişəsi ilə oxşar və fərqli cəhətləri olduğunu deyib. Lakin Serj Sarkisyan hər hansı münqişələrin həllində hərb yolunun təhlükəli olduğunu qeyd edib. Rusiyanın Gürcüstandakı dəmir yolu xəttini partlatmasından sonra ölkəsində yaranan enerji böhranını etiraf edən Serj Sarkisyanın sözlərinə görə bölgədə baş verən hər hansı münaqişə Ermənistandakı problemləri ciddi şəkildə üzə çıxarır. Ermənistan prezidenti həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Qafqaz İttifaqının yaradılması təklifinin də rəsmi İrəvan tərəfindən müsbət qarşılandığını vurğulayıb. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar