SON XƏBƏRLƏR

Olimpiya çempionu Elnur Məmmədliyə “Şöhrət” ordeni verildi

2021.10.20, 07:36
Olimpiya çempionu Elnur Məmmədliyə “Şöhrət” ordeni verildi

Gunaz.tv
Olimpiya çempionu Elnur Məmmədliyə “Şöhrət” ordeni verildi elnur_chempion.jpg Prezident İlham Əliyev, “Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb Prezident İlham Əliyev, “Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, onların XXIX Pekin Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə, eyni zamanda, Azərbaycan idmanının inkişafındakı xidmətləri nəzərə alınıb. Olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli “Şöhrət” ordeni ilə təltif edilib. Yaşar Bəxtiyar oğlu Allahverdiyev , Maqomedxan Suleymanoviç Aratsilov, Rövşən Cənnət oğlu Bayramov , Elçin Lənkəran oğlu Cəfərov, Eldar Zöhrab oğlu Əbilov, Vaqif Səxavət oğlu Feyzullayev, Şahin Səlim oğlu İmranov, Xetaq Ruslanoviç Qazyumov, Mövlud Mustafa oğlu Mirəliyev, Vitali Məciboviç Rəhimov , Orest Zenovyeviç Skobelski, Mariya Vasilyevna Stadnik, Hicran İbrahim oğlu Şərifov isə “Tərəqqi” medalına layiq görülüb. Bundan başqa, Nəriman Sadıx oğlu Abdullayev, Ağayar Əbdüləzim oğlu Axundzadə, Nazim Nəzir oğlu Əlicanov və Hacıağa Səməd oğlu Hacıəhmədova “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” verilib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar