SON XƏBƏRLƏR

Gürcüstan Rusiya ilə bütün diplomatik əlaqələri kəsir

2021.10.20, 07:36
Gürcüstan Rusiya ilə bütün diplomatik əlaqələri kəsir

Gunaz.tv
Gürcüstan Rusiya ilə bütün diplomatik əlaqələri kəsir 20080416151701georgia_map203.gif Gürcüstan Cənubi Osetiya ilə Abxaziya məsələsinə görə Rusiya ilə bütün diplomatik əlaqələri kəsib. Gürcüstanın Xarici İşlər nazirliyinin bildirdiyinə görə, ölkənin Moskvadakı səfirliyinin, demək olar ki, bütün işçiləri 48 saat ərzində Rusiyanı tərk edəcəklər. Bu gün eləcə də insan haqları üzrə Human Rights Watch təşkilatı peyk vasitəsi ilə əldə edilmiş və Cənubi Osetiya ərazisindəki etnik gürcü kəndlərinin yandırıldığını və dağıdıldığını sübut edən bir sıra foto-şəkillər dərc edib. Vaxtlar var idi, yalnız tək-tük ölkələr peyk vasitəsi ilə çəkilmiş təsvirləri əldə edə bilirdilər. Bugünlər isə kommersiya peykləri sayının artması o deməkdir ki, yüksək rezolyusiyalı təsvirlər hər növ qurum və təşkilat tərəfindən əldə oluna və təhlil edilə bilər. Human Rights Watch-un əldə etdiyi təsvirlər Cənubi Osetiya paytaxtı Tsxinvali ətrafındakı ərazini əhatə edir. Təşkilatın bildirdiyinə görə, həmin təsvirlər 5 etnik gürcü kəndində binaların yandırıldığını göstərir. Deyilir ki, yanğın, ərazidə fəal döyüşlər səngiyəndən sonra belə davam edir. Bu, qurumun dediyinə görə, insan haqlarının pozulması deməkdir və habelə müharibə cinayəti aktı sayıla bilər. Təşkilat Rusiyanı bu əməllərə görə məsüliyyət daşıyanları cəzalandırmağa çağırıb.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar