SON XƏBƏRLƏR

ABŞ-in 2007-ci ildə silah satışının hesabatı

2021.10.20, 07:36
ABŞ-in 2007-ci ildə silah satışının hesabatı

Gunaz.tv
ABŞ-in 2007-ci ildə silah satışının hesabatı panzer19.jpg ABŞ Dövlət Departamenti 2007-ci ildə silah satışı ilə bağlı hesabat açıqlayıb. Hesabatda qeyd edilir ki, ABŞ 2007-ci ildə ümumilikdə 24 milyard 531 milyon dollarlıq silah satıb. Keçmiş SSRİ respublikaları iri alıcılar siyahısına daxil olmasa da, bu ölkələrə silah satışının həcmi getdikcə artır. 2007-ci ildə Amerikadan ancaq Belarus və Moldova silah almayıb. Lent.az-ın “Washington Profile” qəzetinə istinadən verdiyi məlumata görə, Amerika silahını Rusiya da daxil olmaqla keçmiş sovet respublikalarının böyük əksəriyyəti alıb. Azərbaycan 2007-ci ildə ABŞ-dan 2,5 milyon dollarlıq silah (raket texnikası, torpeda, bomba, gəmi avadanlığı, elektronika) alıb. Ermənistan isə 487,2 min dollar məbləğində aviasiya texnikası və radioelektronika əldə edib. Amerikadan ən çox silahı Rusiya alıb – 40,7 milyon dollarlır. İkinci yerdə 25 milyon dollarla Gürcüstan, üçüncü yerdə 20 milyon dollarla Qırğızıstan gəlir. Ukrayna 2007-ci ildə ABŞ-dan 3,4 milyon, Tacikistan 7 milyon, Latviya 4,4 milyon, Litva 2,55 milyon, Estoniya 2 milyon, Qazaxıstan 861,6 min, Tacikistan 100 min, Özbəkistan 79 min dollarlıq silah alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar