SON XƏBƏRLƏR

Milli Qurtuluş Partiyası “GÜNAZ TV”-nin müdafiəsinə qalxdı

2021.10.20, 07:36
Milli Qurtuluş Partiyası “GÜNAZ TV”-nin müdafiəsinə qalxdı

Gunaz.tv
Milli Qurtuluş Partiyası “GÜNAZ TV”-nin müdafiəsinə qalxdı image.php?img=6575 “Biz ümid edirik ki, Azərbaycanın qeyrətli övladları “GüNAZ TV” kanalına dəstək verməklə erməni və fars anti-türk şovinistlərinin arzularını ürəklərində qoyacaq”. Milli Qurtuluş Partiyası Siyasi Şurası Dünya Azərbaycanlılarına müraciət qəbul edib. Müraciətdə deyilir:”Güney Azərbaycanlılarının milli hüquqları uğrunda fars şovinizmi ilə mübarizəsində, Güneyli qardaş və bacılarımızın milli özünüdərkinin dirçəlişində, Güney Azərbaycanda soydaşlarımızın haqq səsini və Azərbaycan xalqına qarşı Ermənistanın təcavüzü barədə məlumatların daim bütün dünyaya bəyan edilməsində müstəsna rolu olan “GüNAZ TV”-nin peyk yayımına qarşı fars şovinistləri, ermənilər və digər anti-türk qüvvələr yeni və iyrənc taktikaya keçib. Belə ki, ABŞ-ın rəsmi peyk satellit kanalında sərfəli şərtlərlə Azərbaycan həqiqətlərini yayımlayan “GüNAZ TV” kanalı bir müddət əvvəl ABŞ-dakı erməni və fars diasporasının təkidi ilə orbital yayımdan çıxarılıb. Kommersiya rabitə peyklərinin birində öz fəaliyyətini bərpa etmiş “GüNAZ TV”-nin qeyrətli təşkilatçıları daha böyük maliyyə məsrəfinə məruz qalıb. Azərbaycan və bütövlük naminə heç bir təmənna olmadan çalışan “GüNAZ TV”-nin milli qeyrətə sahib əməkdaşları ciddi maliyyə problemi ilə üzləşib. Heç bir yerdən maliyyə yardımı almayan və milli maraqlar urunda mübarizə aparan telekanal qapanma təhlükəsi ilə qarşı-qarşıyadr. üzüntülü durum belədir ki, Avropa və Amerikadakı erməni, fars və digər anti-türk qüvvələr öz informasiya vasitələrində bizim milləti təhqir edərək bildirirlər ki, onların azsaylı qövmlərinin 50-dən yuxarı telekanalı olduğu halda, 50 milyonluq Azərbaycanlıların cəmi bir kanalı (yəni, “GüNAZ TV”) var, o da artıq qapanır. Erməni və farsşovinistləri bu cür təhqiramiz veriliş və məlumatlarla bütün dünyaya bildirirlər ki, bölgədə Azərbaycanlıları qüvvə kimi qəbul etmək olmaz və onların Güneydəki milli hüquqları və Quzeydəki Qarabağla bağlı problemlərini həllinə diqqt yetirmək mənasızdır. Onların bəyanatlarına görə, Azərbaycanlılar bölgədə (Qafqazda və İran yaylasında) o qədər zəif millətdirlər ki, hətta bir qeyri-hökumət telekanalını saxlamaq imkanında deyillər. Beləliklə,biz “GüNAZ TV”-nin bu cür acınacaqlı durumunu və bununla əlaqədar erməni-fars qüvvələrinin mövqeyini Azərbaycan xalqına və Türklüyə qarşı həqarət hesab edir, Milli Qurtuluş Partiyası olaraq Dünya Azərbaycanlılarına müraciət edərək xahiş edirik ki, “GüNAZ TV” kanalına dəstək olsunlar. Biz ümid edirik ki, Azərbaycanın qeyrətli övladları “GüNAZ TV” kanalına dəstək verməklə erməni və fars anti-türk şovinistlərinin arzularını ürəklərində qoyacaq. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar