SON XƏBƏRLƏR

Höccət-ül-İslam Əbdüləziz Əzim azad edildi

2021.10.20, 07:36
Höccət-ül-İslam Əbdüləziz Əzim azad edildi

Gunaz.tv
Höccət-ül-İslam Əbdüləziz Əzim azad edildi Bu deqiqelerde Guneyden aldiqimiz melumata gore Höccət-ül-İslam Əbdüləziz Əzim azadliqa buraxilib. Xatirlada ki Güney Azərbaycan Türklərinin hüquqları uğrunda hərəkatın fəallarından olan Höccət-ül-İslam Əbdüləziz Əzim Qədimi ilə bağlı yeni məhkəmə araşdırması başlanıb. Güneydəki mənbələrdən verilən məlumata görə, ruhani ötən il tanınmış tarixçi-alim Səməd Sərdarniyaya həsr olunan mərasimdə dövlət quruluşuna qarşı çıxış etməkdə ittiham olunub və onun fəaliyyəti milli ayrı-seçkilik kimi qiymətləndirilib. Bu işlə əlaqədar avqustun 12-də isə Təbriz İnqilab Məhkəməsində hazırlıq iclası keçirilib. Höccət-ül-islam hazırda Qum şəhərinin “Ləngəvud” həbsxanasında saxlanılır, səhhəti normaldır. Lakin ruhaninin müdafiəsinin təşkili üçün vəkil tutulmasına imkan verilmir. Əbdüləziz Əzim Bu deqiqelerde Guneyden aldiqimiz melumata gore Höccət-ül-İslam Əbdüləziz Əzim azadliqa buraxilib. Xatirlada kiQədimiyə qarşı təzyiqlərə etiraz olaraq, Qumda yazılı vərəqələr yayan Araz (Səfər) Nağıpur və Hüseyn Səttari isə may ayında həbs olunublar. Qeyd edək ki, Qədimi Səttarxan və Bağırxanın məzarı üzərində keçirilən mitinqlərdə, o cümlədən Babək qalasına yürüşdə ruhani paltarında iştirak edib, bu da İran adlanan yerin məhkəmələri tərəfindən dindarlar üçün nəzərdə tutulan mövcud qaydalara zidd hesab olunub. Bu səbəbdən də iki il öncə Ə.Ə. Qədimi 1 illik şərti həbs cəzası ilə yanaşı, 10 il müddətinə ruhani paltarı geyinməkdən məhrum edilib. Mayın 2-də isə o, yenidən 1 il müddətinə həbs olunub. O, milli, irqi, sosial düşmənçiliyin salınması maddəsi ilə təqsirləndirilib. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar