SON XƏBƏRLƏR

Rus-gürcü savaşı Tehranı sevindirib_"Iran News":"Qərb-Rusiya münasibətlərinin soyumasının İrana xeyiri var"

2021.10.20, 07:36
Rus-gürcü savaşı Tehranı sevindirib_"Iran News":"Qərb-Rusiya münasibətlərinin soyumasının İrana xeyiri var"

Gunaz.tv
Rus-gürcü savaşı Tehranı sevindirib "Iran News":"Qərb-Rusiya münasibətlərinin soyumasının İrana xeyiri var" "Gürcüstandakı müharibə İranın nüvə məsələsinin dünyanın aparıcı qəzetlərinin birinci səhifələrindən qeyb olmasına rəvac verib" Bu barədə İranın ingilis dilində nəşr olunan rəsmi "Iran News" qəzetinin redaksiya məqaləsində bildirilir. Qəzet sevinir ki, qonşuluqdakı savaş "İran təhlükəsi"ni arxa plana keçirib:"ABŞ və Avropa İslam Respublikasını "dünya üçün və dünyanın təhlükəsizliyi üçün ən böyük təhlükə" kimi təsvir edirlər. İranla bağlı Amerikanın ritorikasının qərəzli və mürtecə olmasından danışmaq evfemizmdir. Əgər İran belə böyük təhlükədirsə, onda Rusiya haqqında nə deyək?". Beləliklə, İranın rəsmi qəzeti Qərbin nəzərinə çatdırmaq istəyir ki, Rusiya daha təhlükəlidir. "Iran News" müqayisə üçün bir sıra nümunələr göstərir:"İran demək olar ki, 300 ildir başqa ölkənin ərazisinə soxulmur, nüvə silahı yoxdur və öz dini inanclarına görə bu silaha yiyələnməyə çalışmayacaq. Rusiya isə dünyada ən nəhəng kütləvi qırğın silahlarına (7000-ə yaxın nüvə bombası, xeyli sayda kimyəvi və bioloji silahlar) malikdir. Rusiya daha çox başqa ölkələrin ərazisinə soxulmağa meylli dövlətdir". İranın ingilis dilli rəsmi qəzeti hesab edir ki, "Qərblə Rusiyanın münasibətlərinin soyumasının İran üçün pozitiv nəticələri ola bilər". Krome toqo, kak pişet Iran News, "oxlajdenie otnoşeniй mejdu Zapadom i Rossieй mojet imetь tolьko pozitivnıe posledstviя dlя İrana". "Iran News"a görə, bu, ən azından, Tehrana qarşı sanksiyaların tətdiqi çətinləşdirir və İrana qarşı yeni cəza tədbirlərinin qəbulunda BMT Təhlükəsizlik Şurasında konsensusa nail olmaq ehtimalını azaldır. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar