SON XƏBƏRLƏR

GAİP BBC-nin ofisi qarşısında aksiya keçirəcək

2021.10.20, 07:36
GAİP BBC-nin ofisi qarşısında aksiya keçirəcək

Gunaz.tv
GAİP BBC-nin ofisi qarşısında aksiya keçirəcək Məqsəd Azərbaycan türklərinin haqq səsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqdır Turqut Sentyabrın 21-də Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) təşəbbüsüylə Böyük Britaniyada Güney Azərbaycana dəstək aksiyası keçiriləcək. Saat 14:30-dan 17:00-dək davam edəcək piket BBC-nin London şəhərindəki ofisinin qarşısında baş tutacaq. Məqsəd Azərbaycan türklərinin haqq səsini beynəlxalq ictimaiyyətin və kütləvi informasiya vasitələrinin diqqətinə çatdırmaqdır. Xatırladaq ki, 21 senytabr İran təqvimilə Mehr ayının 1-dir. Həmin gün bu ölkədə yeni dərs ili başlanır. Uzun illərdir fars şovinist rejimi 35 milyon Azərbaycan türkünü ən ibtidai hüququndan - ana dilində təhsil almaq haqqından məhrum edib. 1 Mehr isə bu siyasətin başlanğıcıdır. Həmin gündən etibarən bütün qeyri-fars millətlərinin uşaqları məktəblərdə zorla fars dilini öyrənməyə məcbur edilir, ruhi və cismani işgəncələrə məruz qalırlar. Fars şovinstlərinin İran əhalisinin 70 faizini təşkil edən qeyri-fars millətlərinə qarşı bu cür rəftarı insan haqlarına və demokratiyaya ziddir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar