SON XƏBƏRLƏR

Xarkovda yanan silah anbarının ətrafındakı evlərdən 18 min nəfər evakuasiya olunub

2021.10.20, 07:36
Xarkovda yanan silah anbarının ətrafındakı evlərdən 18 min nəfər evakuasiya olunub

Gunaz.tv
Xarkovda yanan silah anbarının ətrafındakı evlərdən 18 min nəfər evakuasiya olunub Xarkov-APA. Xarkov vilayətində silah anbarında baş verən yanğın səbəbilə ətraf ərazilərdə yaşayan 18 min nəfər evakuasiya olunub. APA-nın məlumatına görə, vilayətin vitse-qubernatoru Sergey Storojenko vətəndaşların müvəqqəti olaraq daha təhlükəsiz ərazilərdə yerləşən binalara köçürüldüyünü bildirib. Hazırda yanan anbarda partlayışlar davam edir. Alov nəticəsində partlayan mərmilərin qəlpələrinin beş kilometr diametrdə yayıla biləcəyi ehtimal olunur. Hələlik hadisə nəticəsində iki nəfərin yüngül yaralandığı bildirilir. Ukrayna Fövqəladə Hallar Nazirliyi yanğının yaxınlıqdakı meşədə quru otun alışmasından qaynaqlandığını açıqlayıb. Silah anbarında yanğının söndürülməsinə 1,500 nəfər və 168 texnika cəlb olunub. Vilayətin vitse-qubernatoru Sergey Storojenko yanğın və partlayışların hələ 2-3 gün davam edəcəyini istisna etməyib. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar