SON XƏBƏRLƏR

HAKİMİYYƏTİN GÜRCÜSTAN HADİSƏLƏRİNDƏ TUTDUĞU MÖVQE DÜZDÜRMÜ? (Politoloqların rəyi)

2021.10.20, 07:36
HAKİMİYYƏTİN GÜRCÜSTAN HADİSƏLƏRİNDƏ TUTDUĞU MÖVQE DÜZDÜRMÜ? (Politoloqların rəyi)

Gunaz.tv
HAKİMİYYƏTİN GÜRCÜSTAN HADİSƏLƏRİNDƏ TUTDUĞU MÖVQE DÜZDÜRMÜ? (Politoloqların rəyi) 1_aliyev_saakashvili_foto_1.jpg Rusiyanın Gürcüstana hərbi təcavüzü, ardınca da onun Abxaziya və Cənubi Osetiya bölgələrini müstəqil dövlət kimi tanımasına kəskin beynəlxalq təpkilər fonunda Azərbaycan hakimiyyətinin sakit mövqedə dayanması bəzi şərhçilərin və siyasət adamlarının tənqidinə tuş gəlir. Ancaq politoloq Rasim Musabəyov başqa cür düşünür. O, «Media forum» saytına deyib ki, Azərbaycan hakimiyyətinin Gürcüstanda baş verənlərlə bağlı mövqeyini yanlış hesab edənlər əsaslandırılmış arqumentlər səsləndirmir: «Mən hesab edirəm ki, Azərbaycan hakimiyyəti özünü situasiyaya adekvat aparır. Çünki Azərbaycanın bugünkü durumu Varşavaya, Vilnüsə, yaxud Ukraynaya qoşulub Rusiyaya qarşı sərt bəyanatlar səsləndirməsinə imkan vermir. Azərbaycan Gürcüstana dəstək verir, onun ərazi bütövlüyünü dəstəkləyir. Ola bilsin ki, Azərbaycanın Gürcüstana konkret yardımı bəyanat verən dövlətlərin yardımından daha önəmlidir. Ancaq Azərbaycanın bugünkü coğrafiyası fonunda Rusiya ilə süni şəkildə baş-başa gəlmək imkan yoxdur». Hakimiyyətin indiki mövqeyinin Azərbaycanın Rusiyanın tam nəzarətinə keçmək ehtimalı yaratıdığı haqda deyilənləri də politoloq yanlış sayır. R.Musabəyov mövqesizliyin Qarabağ münaqişəsinin nizamlanması üçün böyük təhlükə yaratması ilə bağlı iddiaların əleyhinədir: «Bu gün ortalıqda konkret vəziyyət və ona reaksiya var. Bu vəziyyət olmayan vaxtlarda Qarabağ probleminin həllində hər hansı irəliləyiş vardımı? Qərb ölkələrindən kimsə gəlib bizə ərazi bütövlüyümüzü bərpa etməyə gömək göstərdiyini deyirmi? Bu məsələdə bizim güvəndiyimiz bir Türkiyədir, o da gəlib deyir ki, özünüzü sakit aparın. Kimə güvənərək tullanıb-düşmək fikrindədirlər?» Politoloq Zəfər Quliyev hakimiyyətin mövqeyini neytral hesab etmir: «İndiki vəziyyətdə neytral mövqe saxlamaq əslində mümkün də deyil. Faktiki olaraq həm Azərbaycan, həm də başqa postsovet ölkələri üçün manevr imkanları məhdudlaşıb. İndi balanslaşdırılmış siyasət ararmaq, superdövlətlər arasında manevr etmək imkanları sıfıra yaxındır. Lakin Azərbaycan ehtiyatlı siyasət aparmağa bəlkə də məhkumdur. İndiki vəziyyətdə bunun altenativi yoxdur. Azərbaycan rəhbərliyi ehtiyatlı siyasət aparmalıdır». Z.Quliyev bununla belə ehtiyatlı siyasəti möqesizliklə qarışdırmağın düzgün olmadığını deyir: «Azərbaycan seçim qarşısındadır. Həm Moskva, həm Qərb ölkələri, eyni zamanda situasiya özü də Azərbaycandan və bütün postsovet ölkələrindən seçim tələb edir. Rusiya ilə Qərb arasında güclənən indiki konfrontasiya şəraitində ortada qalmaq yox, seçim etmək lazımdır. Şəxsən mənim mövqeyimə görə, Azərbaycan Qərbyönlü siyasətini davam etdirməlidir. Bunun üçünsə bəyanatlar verməyə, radikal addımlar atmağa ehtiyac yoxdur. İlk növbədə dövlətin təhlükəsizliyi məsələsi haqda ciddi düşünmək lazımdır. Bunu isə nə Azərbaycan, nə də postsovet respublikaları təkbaşına edə bilər. Ona görə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların yardımlarına ehtiyac var». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar