SON XƏBƏRLƏR

BELARUS CƏNUBİ OSETİYA və ABXAZİYANI TANIMADI

2021.10.20, 07:36
BELARUS CƏNUBİ OSETİYA və ABXAZİYANI TANIMADI

Gunaz.tv
BELARUS CƏNUBİ OSETİYA və ABXAZİYANI TANIMADI luka_rusiya_1.jpg Aleksandr Lukaşenko Belarus prezidenti Aleksandr Lukaşenko bu gün rusiyalı həmkarı Dmitri Medvedyevə müraciətlə Moskvanın Cənubi Osetiya və Abxaziyanın statusu ilə bağlı qərarını dəstəklədiyini söyləyib. O qeyd edib ki, yaranmış vəziyyətdə Rusiyanın mənəvi baxımdan başqa çıxış yolu qalmamışdı. Prezident ölkəsinin Rusiyanın etibarlı və ardıcıl müttəfiqi olaraq qaldığını, Cənubi Osetiya və Abxaziyanın statusuna isə Kollektiv Təhlükəsizlik Müqaviləsində baxılmalı olduğunu vurğulayıb. Kollektiv Təhlükəsizlik Müqaviləsinə Rusiya və Belarusla yanaşı Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir. Belarusun bu gün Gürcüstan torpaqları Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət adına tanıyacağı gözlənilsə də, Lukaşenko Medvedyevə müraciətində bu haqda bir kəlmə də kəsməyib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar