SON XƏBƏRLƏR

İrandan Azərbaycana külli miqdarda tütün məmulatları gətirilməsinin qarşısı alınıb

2021.10.20, 07:36
İrandan Azərbaycana külli miqdarda tütün məmulatları gətirilməsinin qarşısı alınıb

Gunaz.tv
İrandan Azərbaycana külli miqdarda tütün məmulatları gətirilməsinin qarşısı alınıb Avqustun 22-də Yardımlı rayonundakı “N” saylı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından qaçaq yolla Azərbaycana külli miqdarda tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Sərhəd Xidmətinin (DSX )mətbuat xidmətindən bildirilib. Nəticədə 1 nəfər Azərbaycan vətəndaşı 4860 qutu “Esse” markalı və 840 qutu “Marlboro” markalı siqaretlə sərhəd pozucusu qismində saxlanılıb, digər sərhəd pozucusu isə hadisə yerindən qaçmağa müvəffəq olub. DSX əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən qaçmağa müvəffəq olan sərhəd pozucusu da yaxalanıb. Faktla bağlı DSX-nin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi başlanıb, hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Mətbuat xidmətindən bildirilib ki, ölkə ərazisində “Xaş-xaş-2008” şərti adı altında həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də Şərur rayonunun Qarahəsənli kəndi ərazisində 0,5 hektar sahədən 2 ton 350 kiloqram yabanı şəkildə bitmiş çətənə kolu yığılıb, Şərur rayon Polis Şöbəsi əməkdaşlarının və ictimaiyyətin iştirakı ilə yandırılaraq məhv edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar