SON XƏBƏRLƏR

MÜQTƏDA ƏS-SƏDR “MEHDİ ORDUSU”NUN FƏALİYYƏTİNİ DAYANDIRDIĞINI ELAN EDİB

2021.10.20, 07:36
MÜQTƏDA ƏS-SƏDR “MEHDİ ORDUSU”NUN FƏALİYYƏTİNİ DAYANDIRDIĞINI ELAN EDİB

Gunaz.tv
MÜQTƏDA ƏS-SƏDR “MEHDİ ORDUSU”NUN FƏALİYYƏTİNİ DAYANDIRDIĞINI ELAN EDİB efqanistan.jpg İraqdakı şiə döyüşçülərinin lideri Müqtəda əs-Sədr avqustun 28-də özünün hərbiləşdirilmiş təşkilatı olan “Mehdi Ordusu”nun fəaliyyətinin dayandırıldığını elan edib. Müqtəda əs-Sədr bəyanatında bildirib ki, bu qərara tabel olmayan tərəfdarları “Mehdi Ordusu”nun üzvü sayılmayacaqlar. Ehtimallara görə, onun ardıcılları bundan sonra fəaliyyətlərini, əsasən, təhsil, din və sosial siyasət istiqamətində quracaqlar. Qeyd edək ki, bir qədər əvvəl Əs-Sədrin öz qrupunun fəaliyyət istiqamətini dəyişərək, siyasi təşkilata çevirmək və silahlı mübarizədən əl çəkmək niyyəti barədə məlumat yayılmışdı. Bundan başqa, Müqtədəda əs-Sədr əvvəllər də İraq hakimiyyətinə sülh bağlamağı təklif edib. Xatırladaq ki, bu ilin iyun ayında “Mehdi Ordusu” şiə döyüşçülərinin İraqın cənubundakı əsas dayaq nöqtələrindən olan Amara şəhərini döyüşsüz təhvil verib. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar