SON XƏBƏRLƏR

İrəvan Abxaziya və Cənubi Osetiyanı tanımağa hazırlaşır

2021.10.20, 07:36
İrəvan Abxaziya və Cənubi Osetiyanı tanımağa hazırlaşır

Gunaz.tv
İrəvan Abxaziya və Cənubi Osetiyanı tanımağa hazırlaşır medvedyev-sarkisyan-yeni.jpg Rəsmi İrəvan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa hazırdır. Lent.az-ın “Evraziya” analitik-informasiya portalına istinadən verdiyi məlumata görə, bunu Ermənistandakı diplomatik mənbələr bildiriblər. Ermənilər bu addımla Dağlıq Qarabağın müstəqilliyinin Rusiya tərəfindən tanınmasına çalışırlar. Rusiyalı analitiklər qeyd edirlər ki, hazırda hər şey prezident Serj Sarkisyanın bu addımı nə zaman atacağından asılıdır. Əgər İrəvan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini Çindən sonra tanısa (hərçənd ki, Pekinin bu addımı atacağı şübhə doğurur) bu, böyük effektə səbəb olmayacaq. Çünki Rusiyaya Kollektiv Təhlükəsizlik Razılaşması Təşkilatının operativ dəstəyi lazımdır. Buna görə də, İrəvanın həmin addımı dərhal, ən azı Minskin adları çəkilən əraziləri tanımasından sonra atması tələb olunur. Lakin analitiklər onu da qeyd edirlər ki, Minskin son bəyanatları prezident Lukaşenkonun Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq fikrində olmadığını göstərir. Amma bütün halda Ermənistanın Rusiyanın yolunu tutması Dağlıq Qarabağ problemindəki balansı öz xeyrinə dəyişməsinə imkan verə bilər. Rusiya prezidenti administrasiyasına yaxın ekspertlər onu da iddia edirlər ki, Bakı bu prosesi Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini birinci olaraq tanımaqla dayandıra bilər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar