SON XƏBƏRLƏR

Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarından heç kəsin son əfv fərmanına düşməməsini böyük ədalətsizlik hesab edir

2021.10.20, 07:36
Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarından heç kəsin son əfv fərmanına düşməməsini böyük ədalətsizlik hesab edir

Gunaz.tv
Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarından heç kəsin son əfv fərmanına düşməməsini böyük ədalətsizlik hesab edir. Bu gənclərin hər biri yalnız vətənpərvərlik hissi ilə dəstə yaratmağa və partizan hərəkatını başlamağa cəhd göstərmişlər. Lakin onlara hərəkətlərinə uyğun olmayan ağır cəzalar vermişlər. Onlara ağır cəzaların verilməsi, indi isə heç birinin əfv olunmaması ayrı-ayrı məmurların vətənpərvər gənclərə, vətənpərvərlik hissinə qəsd etməsindən başqa bir şey deyildir. Respublikanın Baş prokurorluğunun, Ali Məhkəməsinin onlara qarşı tutduqları qərəzli mövqenin başqa cür izahı yoxdur. Biz Əfv Komissiyasından bu məsələyə aydınlıq gətirilməsini, cəzaların xeyli hissəsini çəkmələrinə, ailə vəziyyətlərinin ağır olmasına, xəstəliklərinə və digər yüngülləşdirici halların olmasına baxmayaraq, onların nə üçün əfv olunmamalarını izah etmələrini tələb edirik. Bu məsələyə aydınlıq gətirilməlidir. Əks halda, Qarabağ Azadlıq Təşkilatı Qarabağ partizanlarının hüquqlarının müdafiəsi ilə bağlı etiraz aksiyalarına başlayacaqdır. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar