SON XƏBƏRLƏR

Gürcüstan parlamenti dünən axşam saatlarında keçirilən fövqəladə iclasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə qarar verib

2021.10.20, 07:36
Gürcüstan parlamenti dünən axşam saatlarında keçirilən fövqəladə iclasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə qarar verib

Gunaz.tv
Gürcüstan parlamenti dünən axşam saatlarında keçirilən fövqəladə iclasında Rusiya ilə diplomatik münasibətlərin kəsilməsinə qarar verib. 106 deputatın yekdilliklə qəbul etdiyi 7 bəndlik qərarda Gürcüstan ərazisindəki bütün kənar hərbi birləşmələr qanunsuz elan edilib. Abxaziya və Cənubi Osetiyanı Rusiyanın işğalı altında olan bölgələr elan edən parlament hökumətə Rusiya qoşunlarının ölkədə mövcudluğunu nəzərdə tutan bütün qərarların ləğvini tapşırıb. Avqustun 28-də BMT Təhlükəsizlik Şurasında Gürcüstan problemiylə bağlı düzənlənən açıq dinləmələr isə sərt polemikalarla keçib. Rusiyanın qurumdakı daimi təmsilçisi Vitali çurkin ölkəsinin Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlətlər adına tanımasına haqq qazandırmağa çalışıb. O, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana sovet hakimiyyəti illərində, Stalin zamanında zorla birləşdirildiyini deyərək Tbilisinin bu bölgələrə sahibliyinin qəbuledilməz olduğunu vurğulayıb. Gürcüstanı BMT-də təmsil edən İrakli Alasaniya Rusiyanın ölkəsinə qarşı davranışını cinayətkar akt adlanıdırıb. ABŞ elçisi Alexandro Vulf Vaşinqtonun Rusiya işğalını qəti ittiham etdiyini vurğulayıb. Böyük Britaniya və Kosta-Rikanın BMT-dəki daimi nümayəndələri Con Soyers və Xorxe Urbina da Mokvanı təcavüzdə günahlandırıblar. Rusiyanın baş naziri Vladimir Putin CNN telekanalına müsahibəsində Gürcüstan böhranında Amerikanın əli olduğunu ehtimal edərək, «təxribatın» prezident yarışında namizədlərdən birinin şanslarını artırmaq üçün qurulduğunu deyib. Namizədin adını dəqiqləşdirməyən baş nazir Rusiyanın əlində döyüş əməliyyatları zonasında Amerika vətəndaşlarının mövcudluğunu deməyə ciddi əsaslar olduğunu da vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar