SON XƏBƏRLƏR

Rusiya ABŞ-ın RƏM sisteminə “Topol” raketi ilə cavab verdi

2021.10.20, 07:36
Rusiya ABŞ-ın RƏM sisteminə “Topol” raketi ilə cavab verdi

Gunaz.tv
Rusiya ABŞ-ın RƏM sisteminə “Topol” raketi ilə cavab verdi rus-ballistik-topol.jpg Rusiyanın Strateji Əhəmiyyətli Raket qoşunları və Kosmik qoşunları “Topol” qitələrarası ballistik raketin sınağını keçiriblər. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, “Topol” Raket Əleyhinə Müdafiə sistemini dəf etmək iqtidarındadır. Raket buraxalından 25 dəqiqə sonra 6 min kilometr məsafəni qət edərək Kamçatkadakı şərti hədəfi vurub. Strateji Əhəmiyyətli Raket qoşunları komandanının ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, polkovnik Aleksandr Vovk raketin döyüş başlığının hədəfi yüksək dəqiqliklə vurduğunu və bununla da yüksək müdafiəyə malik obyektləri vurmaq iqtidarında olduğunu göstərdiyini bildirib. “Topol” ballistik raketinin hazırlanmasına 1977-ci ildən başlanılıb. İlk sınaqlar 1983-cü ildə həyata keçirilib. Raket Rusiya Silahlı Qüvvələrinə 1988-ci ildə qəbul olunub. “Topol” 10 min kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətindədir. Raket sonuncu dəfə 2007-ci ilin dekabrında sınaqdan keçirilib. Ekspertlər Rusiyanın bu dəfəki sınağını ABŞ-ın Polşada RƏM sistemi quraşdırmaq qərarına cavab kimi qiymətləndirirlər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar