SON XƏBƏRLƏR

“ERGENEKON” QALMAQALINDA YENİ ADLAR

2021.10.20, 07:36
“ERGENEKON” QALMAQALINDA YENİ ADLAR

Gunaz.tv
“ERGENEKON” QALMAQALINDA YENİ ADLAR Konstitusiya Məhkəməsi hakiminin xanımı Fərda Paksüt də istintaqa cəlb olunub Türkiyədə Konstitusiya Məhkəməsinin başqan vəkili, məhkəmənin ən nüfuzlu və dünyəvi dövlət prinsiplərinin qatı müdafiəçisi sayılan üzvü Osman Paksütün xanımı “Ergenekon” istintaqına cəlb edilib. Yerli mətbuatın yazdığına görə, Ferda Paksüt ilk dəfə bir neçə gün əvvəl Ankara prokurorluğuna çağırılıb. Prokurorluq onun hansı qismdə istintaqa cəlb edildiyini açıqlamayıb. İfadə vermək üçün prokurorluğa gələn F.Paksütü onun əri müşayiət edib. Dünən Fərda Paksüt yenidən prokurorluğa çağırılıb. Bu dəfə də onu əri müşayiət edib, prokurorluqda 3 saata yaxın ifadə verdikdən sonra xanım Paksüt binanı əsəbi halda tərk edib. O, jurnalistlərin suallarına cavab verməkdən imtina edib və deyib ki, vəkili hər hansı açıqlama verməyə qadağa qoyub. F.Paksüt istintaqa şahid, yoxsa şübhəli şəxs qismində çağırıldığını da deməyib. Lakin bəzi məlumatlara görə, F.Paksüt şübhəli şəxs qismində prokurorluğa çağırılıb. Onun silahlı terror təşkilatı kimi təqdim edilən “Ergenekon”la hansı bağlılığının olduğu isə bilinmir. Qeyd edək ki, Osman Paksüt AKP-nin bağlanmasını istəyənlərdən biri olub. Konstitusiya Məhkəməsində hakim partiyanın bağlanması iddiasına baxılarkən O.Paksüt bunun lehinə səs verən hakimlərdən biri olmuşdu. İddiaya baxılması prosesində O.Paksüt polis tərəfindən izlənilib, bəzi məlumatlara görə, onun şəxsi telefon danışıqları və görüşləri qeydə alınıb. Hakimiyyətə bağlı mətbuat onu da iddia etmişdi ki, AKP-nin bağlanması iddiasının baş prokuror tərəfindən qaldırılmasından əvvəl O.Paksüt quru qoşunlarının komandanı, Silahlı Qüvvələrin yeni təyin edilən Baş Qərargah rəisi İlkər Başbuğla gizli görüşü olub. İstisna deyil ki, Paksütün xanımını “Ergenekon” istintaqına cəlb etməklə ondan qisas alırlar. Xatırladaq ki, “Ergenekon” işi üzrə AKP-yə qarşı olan bir sıra tanınmış şəxslər, o cümlədən generallar və jurnalistlər həbsdədir. Bu işin qurama olduğu və AKP iqtidarının atatürkçü çevrələrdən qisas almağa cəhd göstərdiyi haqda şübhələr var. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar