SON XƏBƏRLƏR

Hüquqi və Demokratik İslahatlar Mərkəzi dövlət başçısına müraciət edib:Vəhabi icmasının fəalliyyəti qadağan olunsun

2021.10.20, 07:36
Hüquqi və Demokratik İslahatlar Mərkəzi dövlət başçısına müraciət edib:Vəhabi icmasının fəalliyyəti qadağan olunsun

Gunaz.tv
"Vəhabi icmasının fəalliyyəti qadağan olunsun" Hüquqi və Demokratik İslahatlar Mərkəzi dövlət başçısına müraciət edib "Azərbaycan dünyəvi dövlətdir və bu dövlətdə insanlara dilinə, irqinə və dini mənsubiyyətinə görə ayrı-seçkilik qoyulmur. Beynəlxlaq təşkilatlar dəfələrlə Azərbaycanda dini tolerantlığın mövcud olduğunu bildirib, bizim cəmiyyəti başqalarına nümunə göstəriblər. Amma son zamanlar Azərbaycandakı dini dözümlülük, məzhəblərarası xoş münasibətlər bəzi qüvvələri narahat edir. Təəssüf ki, bəzi dini qruplar da öz əməlləri ilə bu qüvvələrə dəstəvuz verirlər. Bunlardan biri də vəhabi adlanan dini icmadır". Bu fikirləri Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev "OLAYLAR"a açıqlamasında səsləndirib. Onun fikrincə, vəhabilər İslam dininin ən radikal qanadıdır və Azərbaycan şəraitinə uyğun deyil: "Uzun illər Azərbaycanda islamın şiə-cəfərilik, sünni-hənəfilik məzhəbləri formalaşıb və yaşamaq hüququ qazanıblar. Bu cərəyanlar heç zaman aralarındakı mübahisələri silahla həll etməyə çatılşmayıblar. Amma vəhabilər mahiyyətcə radikaldırlar. Onlar silahlı mübarizəni məqbul bilirlər. Ona görə də Azərbaycan kimi dünyəvi qanunların işlədiyi hüquqi bir dövlətdə onların fəalliyyəti qeyri-mümkün görünür. Biz bu icmanın fəalliyyətinin ümumiyyətlə qadağan olunmasını istəyirik. Dindarlara hörmətimiz var, amma onlar xaricdən idarə olunan radikal qüvvələrin arxasınca getməməlidirlər. Biz ölkə prezidentinə müraciət edirik ki, bu məsələyə müdaxilə etsin və ölkə vətəndaşlarının həyatına təhlükə yaradan dini icmanın fəaliyyəti qadağan olunsun". HDİM rəhbərinə görə, mübahisələri silahla həll edən, partlayışlar törədən dini qruplar sonradan siyasi tələblərlə də çıxış edə bilərlər. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar