SON XƏBƏRLƏR

MÜHARİBƏ SAAKAŞVİLİNİN REYTİNQİNİ ON DƏFƏ ARTIRIB_ Eduard Şevardnadze: “Gürcülərin işinə müdaxilə edəndə milli qürur hissi önə çıxır”

2021.10.20, 07:36
MÜHARİBƏ SAAKAŞVİLİNİN REYTİNQİNİ ON DƏFƏ ARTIRIB_ Eduard Şevardnadze: “Gürcülərin işinə müdaxilə edəndə milli qürur hissi önə çıxır”

Gunaz.tv
“MÜHARİBƏ SAAKAŞVİLİNİN REYTİNQİNİ ON DƏFƏ ARTIRIB” Eduard Şevardnadze: “Gürcülərin işinə müdaxilə edəndə milli qürur hissi önə çıxır” 441.jpg “Rusiya rəhbərliyinin hərəkətləri Mixail Saakaşvilinin reytinqini əhəmiyyətli dərəcədə artırıb”. Bunu Tiflisdə keçirdiyi mətbuat konfransında Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze söyləyib. O, Rusiya rəhbərliyinin sərt bəyanatlarının Saakaşvilinin reytinqinə müsbət təsir etdiyini vurğulayıb. “Bu bəyanatlar nəticəsində Saakaşvilinin nüfuzu on dəfədən çox artıb. Çünki gürcülərin xarakteri belədir, bu millətin işinə müdaxilə edəndə milli qürur hissi önə çıxır. Rusiya Mixail Saakaşvili ilə hər cür əlaqələrə son qoyduqlarını bəyan etdikdən sonra da bu hal baş verib”. E.Şevardnadze bildirib ki, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması Saakaşvilini hərbi əməliyyatları uğursuz həyata keçirməsinin məsuliyyətindən xilas edib: “Hazırda nə ABŞ, nə də Avropa Gürcüstanda hakimiyyət dəyişikliyinə hazır deyil, çünki onlar daha ciddi məsələləri nizamlamalıdır” (APA). Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar