SON XƏBƏRLƏR

AVROPA BİRLİYİNİN SAMMİTİNƏ RUSİYA İLƏ BAĞLI İKİ FƏRQLİ QƏTNAMƏ LAYİHƏSİ VERİLİB

2021.10.20, 07:36
AVROPA BİRLİYİNİN SAMMİTİNƏ RUSİYA İLƏ BAĞLI İKİ FƏRQLİ QƏTNAMƏ LAYİHƏSİ VERİLİB

Gunaz.tv
AVROPA BİRLİYİNİN SAMMİTİNƏ RUSİYA İLƏ BAĞLI İKİ FƏRQLİ QƏTNAMƏ LAYİHƏSİ VERİLİB Avropa Birliyii ölkələri dövlət başçılarının sentyabrın 1-də Brüsseldə keçiriləcək fövqəladə sammitinə iki qətnamə layihəsi hazırlanıb. Kremlə yaxın mənbələr «Kommersant» qəzetinə bildiriblər ki, Avropa Birliyi İtaliyanın lobbiləşdirdiyi yumşaq və Polşanın israrla tələb etdiyi sərt variantlardan birini seçməli olacaq. Rusiyanın Gürcüstana hərbi təcavüzü və bu ölkənin iki əyalətini müstəqil dövlət adına tanımasına reaksiya bildiriləcək sammitdə Moskvaya qarşı sanksiyaların tətbiqi istisna deyil. Əgər Polşanın israrla tələb etdiyi sərt variant keçərsə, Rusiyadan bəzi məhsulların Avropaya idxalı məhdudlaşa bilər. Söhbət o cümlədən polad, alüminium, mineral gübrədən gedir. Sanksiya variantı Rusiya bazarlarının «çox riskli» zona elan olunması, böyük biznesə bu ölkədə investisiyaları azaltmaq tövsiyələri, Moskva ilə tərəfdaşlıq və viza rejiminin liberallaşdırılması danışıqlarının dayandırılmasını nəzərdə tutur. İtaliyanın təklif etdiyi qətnamə layihəsində isə sadəcə Rusiyadan qoşunlarını Gürcüstandan çıxarmaq tələbi qoyulur və Moskvadan bu Cənubi Qafqaz ölkəsi ilə davranışı digər ölkərlərlə bağlı təkrar etməyəcəyi öhdəliyninin alınmasını hədəfləyir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar