SON XƏBƏRLƏR

MÜBARİZ ƏHMƏDOĞLU: «ERMƏNİLƏRİN CƏSARƏTİ ÇATIRSA, QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANISINLAR»

2021.10.20, 07:36
MÜBARİZ ƏHMƏDOĞLU: «ERMƏNİLƏRİN CƏSARƏTİ ÇATIRSA, QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANISINLAR»

Gunaz.tv
MÜBARİZ ƏHMƏDOĞLU: «ERMƏNİLƏRİN CƏSARƏTİ ÇATIRSA, QARABAĞIN MÜSTƏQİLLİYİNİ TANISINLAR» Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Cənubi Qafqazda baş verən son hadisələrlə bağlı mətbuat konfransı keçirib. «Media forum» saytı xəbər verir ki, Rusiya-Gürcüstan münasibətlərinə toxunan politoloq Tbilisinin Kremlin «tələ»sinə düşdüyünü deyib: «Rusiya isə tarixə BMT Təhlükəsizlik Şurasının qərarı olmadan başqa dövlətin ərazisinə təcavüz edən ikinci ölkə kimi düşdü. Bir neçə il əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasının rəyinə əhəmiyyət vermədən əvvəlcə Əfqanıstan, sonra İraq ərazisinə daxil oldu. Kreml də indi analoji qaydada davranır. Rusiya yaxşı bilir ki, ABŞ yaxın vaxtlarda İrana hücum edəcək. Bu isə o deməkdir ki, Vaşinqton Kremlin işğalçılıq siyasətinə bir o qədər də kəskin reaksiya verməyəcək. Rusiya bunu bildiyi üçün öz qərarında tərəddüd etmədi». th052702894.jpg Mübariz Əhmədoğlu M.Əhmədoğlu Rusiya-Gürcüstan müharibəsiylə bağlı erməni mətbuatının apardığı təbliğatdan da danışıb. Qeyd edib ki, ermənilər müharibənin Azərbaycanda təşviş yaratdığını yazırlar. Onun sözlərinə görə, rəsmi Bakı hadisələri sakit qarşıladığı üçün bu cür informasiyaların heç bir əsas yoxdur: «Müharibə başlandığı gün mən həm iqtidar, həm də müxalifət təmsilçiləriylə bir arada oldum. Cəbhənin heç bir tərəfində təşviş və ya çaşqınlıq müşahidə etmədim». SİTM sədrinin fikrincə, Rusiyanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanıması ermənilər üçün hər hansı perspektiv vəd etmir: «Əksinə, son vaxtlar regionda baş verən hadisələr Ermənistanın əleyhinə işləyir. Artıq bir neçə gündür Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Amma Rusiyanın ən yaxın müttəfiqi olan Belarus analoji qərar qəbul etməyib. Qazaxıstan da bununla bağlı müraciətə müsbət cavab verməyib». Politoloq onu da deyib ki, Ermənistanın son vaxtlar baş verən hadisələrin fonunda Dağlıq Qarabağın müstəqilliyini tanıması real deyil. Onun fikrincə, buna səbəb sovet hökuməti dağılandan sonra ermənilərin özlərinə müstəqil dövlət qura bilməməsidir: «Əgər ermənilərin cəsarəti çatırsa, qondarma «Dağlıq Qarabağ Respublikası»nın müstəqilliyini tanısınlar. Amma Ermənistan heç vaxt Dağlıq Qarabağın müstəqilliyini tanımayacaq. Çünki Ermənistan müstəqil dövlət deyil, Rusiyanın forpostudur». Hadisələrin Türkiyənin regionda rolunu artırdığını deyən M.Əhmədoğlu vurğulayıb: «Təəssüf ki, Azərbaycanda Türkiyəni yaxşı tanımırlar. Bu gün Türkiyədə təxminən 8 milyon Qafqaz əsilli adam yaşayır. Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması İstanbulun Kadıköy bölgəsində böyük coşğuyla qarşılandı. Əslində bu adamlar Şimali Qafqaz xalqlarının öz müstəqilliklərinə qovuşmaq üçün presedent əldə etməsinə sevinirdilər. İndi Türkiyədə çox adam Şimali Qafqaz xalqarının öz müstəqilliyini əldə edəcəyi günü gözləyir». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar