SON XƏBƏRLƏR

SON HƏFTƏLƏRDƏ TUTULMUŞ AZƏRBAYCANLI FƏALLARIN İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR

2021.10.20, 07:36
SON HƏFTƏLƏRDƏ TUTULMUŞ AZƏRBAYCANLI FƏALLARIN İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR

Gunaz.tv
SON HƏFTƏLƏRDƏ TUTULMUŞ AZƏRBAYCANLI FƏALLARIN İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI BİLDİRİLİR İranda son bir neçə həftədə həbs edilmiş azərbaycanlı fəallara - Mənsur Əminiyan, Maqsud Əhdi, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Daryuş Hatəmi (əsgərlikdədir) və Zəncan Universitetinin tələbələri Bəhram Vahedi ilə Sonra Haşimiyə həbsxanada ağır psixi və fiziki işgəncələr verildiyi bildirilir. «Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları həbsdə saxlanan Səccad Radmehrin anasına da zəng edərək onu hədələyiblər. Milli zəmində apardığı fəaliyyətə görə Urmiya İnqilab Məhkəməsi tərəfindən məhkum edilmiş şair, hüquq müdafiəçisi İbrahim Rəşidi Urmiya zindanına köçürülüb. İ.Rəşidi həm də «Azərtopraq» adlı qeyri-hökumət təşkilatının qurucusudur. O, Urmiya Universitetində fəaliyyət göstərən Şəhriyar adına ədəbi dərnəyin rəhbəri, «Bulud», «Oyanış» və «Baxış» tələbə qəzet və jurnalların əməkdaşı da olub. Güney mənbələri İranın 700 nəfər azərbaycanlı ziyalısının bəyanat yayaraq milli hüquqlar uğrunda mübarizəsinə görə tutulmuş azərbaycanlı məhbusların azadlığa buraxılması tələbi ilə çıxış etdiyini də bildirir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar