SON XƏBƏRLƏR

Sxinvali üzərində Gürcüstana məxsus təyyarə vurulub

2021.10.20, 07:36
Sxinvali üzərində Gürcüstana məxsus təyyarə vurulub

Gunaz.tv
Sxinvali üzərində Gürcüstana məxsus təyyarə vurulub sxinvali150808.jpg Sxinvali-APA. Cənubi Osetiyada fəaliyyət göstərən separatçı rejimin daxili işlər nazirinin səlahiyyətlərini icra edən Mixail Mindzayev Sxinvali üzərində kəşfiyyat uçuşu həyata keçirən Gürcüstana məxsus pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. APA-nın məlumatına görə, şəhərin üzəri ilə cənubdan şimala doğru uçan təyyarə hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Mindzayev həmçinin Sxinvali yaxınlığında gürcü təxribatçı qüvvələrinin fəaliyyət göstərdiyini bəyan edib. O, belə qrupların terror aktı törətməsinin qarşısını almaq üçün xüsusi dəstələrin formalaşdırıldığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar