SON XƏBƏRLƏR

“Yeni Müsavat”-in prezidentə müraciəti

2021.10.20, 07:36
“Yeni Müsavat”-in prezidentə müraciəti

Gunaz.tv
“Yeni Müsavat”-in prezidentə müraciəti mus.jpg Hörmətli İlham bəy. Bu qısa müraciətimizə reaksiya verəcəyinizə və “Yeni Müsavat” qəzetinin rəhbərliyini ya şəxsən özünüz, yaxud da yetki verdiyiniz biri tərəfindən bilavasitə dinlənməsinə şərait yaradacağınıza inanırıq. “Yeni Müsavat” qəzetinin ətrafında çirkin oyunlar başlayıb. Artıq qəzet rəhbərliyinin və yazarların, hətta xanım əməkdaşların özəl həyatlarına, elektron yazışmalarına ciddi müdaxilələr başlayıb. Ötən günlərdə “Yeni Müsavat”ın baş redaktorunun Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasına daxil olarkən videokamera ilə çəkilmiş görüntüləri yayıldıqdan sonra qəzetimizin həyat atmosferi dəyişib, digər əməkdaşlara qarşı da yazıya ala bilmədiyimiz təxribatlara yol verilib. Bütün bunlar “Yeni Müsavat” qəzetinin iş ahəngini pozub, əməkdaşlar mənəvi sarsıntılar yaşayırlar. Yaranmış vəziyyətin ciddiliyini və proseslərin ölkənin əsas müxalifət qəzetinin, Cənubi Qafqaz ərazisində ən böyük tiraja malik media quruluşunun çökdürülməsinə doğru getdiyini nəzərə alaraq, “Yeni Müsavat”ın redaktor korpusu prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir: Hörmətli cənab prezident. Sizə ölkənin bütün vətəndaşlarının hüquqlarını qorumağa məsul olan yeganə instansiya kimi müraciət edərək, qəzetimizə qarşı başladılmış çox çirkin bir kampaniyanın durdurulmasında dəstək istəyirik. Bizim təhlillərə, şübhələrə və məlumatlara görə qəzetimizə qarşı olmazın üsullarla, özəl həyatın toxunulmazlığı prinsipləri pozulmaqla təxribatlar başlanıb və bunun arxasında sadə vətəndaşlar dayanmır. Biz bütün bunları xüsusi xidmət orqanlarının rəhbərləri barədə qəzetimizdə gedən tənqidi yazılara bir növ cavab kimi qiymətləndiririk. Hörmətli İlham bəy. Bu qısa müraciətimizə reaksiya verəcəyinizə və “Yeni Müsavat” qəzetinin rəhbərliyini ya şəxsən özünüz, yaxud da yetki verdiyiniz biri tərəfindən bilavasitə dinlənməsinə şərait yaradacağınıza inanırıq. Hörmətlə: “Yeni Müsavat”ın redaktorları: Rauf Arifoğlu Azər Ayxan Zahid Səfəroğlu Nazim Sabiroğlu Zabil Müqabiloğlu Famil Cəfərli butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar