SON XƏBƏRLƏR

BMT Təhlükəsizlik Şurası Gürcüstanla bağlı Rusiyanın verdiyi qətnamə layihəsini qəbul etməyib

2021.10.20, 07:36
BMT Təhlükəsizlik Şurası Gürcüstanla bağlı Rusiyanın verdiyi qətnamə layihəsini qəbul etməyib

Gunaz.tv
BMT Təhlükəsizlik Şurası Gürcüstanla bağlı Rusiyanın verdiyi qətnamə layihəsini qəbul etməyib BMT Təhlükəsizlik Şurası Gürcüstana dair Rusiyanın təklif etdiyi qətnamə layihəsini qəbul etməyib. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, Böyük Britaniyanın BMT-dəki nümayəndəliyinin rəhbəri Con Soers bildirib ki, Təhlükəsizlik Şurası hələlik Gürcüstanla bağlı hər hansı qətnamə layihəsinin qəbuluna hazır deyil: “Bütün tərəflərin razılaşdığı qətnamə layihəsinin qəbulu üçün hələ uzun yol qət etmək lazımdır”. Qeyd edək ki, Rusiya qətnamə layihəsinin yekun variantının dünən BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarıb. Rusiyanın BMT-dəki səfiri Vitali Çurkin layihədə Rusiya ilə Gürcüstan arasında imzalanmış altı maddəlik sazişin bütün prinsiplərinin əks olunduğunu bildirib. Qərb diplomatları isə sənəddə Gürcüstanın ərazi bütövlüyünə dair prinsipin əks tapmaması səbəbilə layihəni rədd ediblər. Xatırladaq ki, bundan əvvəl Rusiya da Fransanın münaqişənin nizamlanmasına dair hazırladığı iki qətnamə layihəsinin qəbuluna veto qoyub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar