SON XƏBƏRLƏR

Avroparlamentdə Güney Azərbaycan problemi müzakirə ediləcək

2021.10.20, 07:36
Avroparlamentdə Güney Azərbaycan problemi müzakirə ediləcək

Gunaz.tv
Avroparlamentdə Güney Azərbaycan problemi müzakirə ediləcək vqhmqwnu.jpg Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qulamrza Səbri Təbrizi qanadının təşəbbüsü ilə bu il sentyabrın 10-da Avropa Parlamentinin Belçikanın paytaxtı Brüsseldə yerləşən binasında Güney Azərbaycan probleminə həsr olunan beynəlxalq seminar keçirəcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminarda İranda insan haqları, bu ölkədə yaşayan azərbaycanlıların hüquqları müzakirə predmeti olacaq. Seminarda Avropa Parlamentinin üzvləri, Azərbaycanşünas alimlər və mətbuat nümayəndələri iştirak edəcəklər. Mətbuat xidmətindən o da bildirilib ki, bu, konqresin təşəbbüsü ilə Avropa Parlamentinin binasında keçirilən ikinci tədbirdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar