SON XƏBƏRLƏR

BMT-dən ABŞa ağır ittiham

2021.10.20, 07:36
BMT-dən ABŞa ağır ittiham

Gunaz.tv
BMT-dən ABŞa ağır ittiham du0hqcrz.jpg «ABŞ Əfqanıstanda bir gündə 60 uşağı qətlə yetirib» BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi ABŞ aviasiyasının mülki vətəndaşları bombalaması xəbərini təsdiqləyib. APA-nın məlumatına görə, BMT nümayəndəsi bildirib ki, avqustun 22-də ABŞ təyyarələrinin Herat vilayətini bombalaması nəticəsində 90 mülki şəxs ölüb. Onlardan 60 nəfəri uşaqdır. BMT təmsilçisi bombardmanlarda çoxlu sayda uşağın ölməsinə dair təkzibedilməz faktlara malikdir. ---------------------------------------------------------------------- Barak Obamaya sui-qəsd etmək cəhdi baş tutmadı 7nqawlkl.gif Prezidentliyə namizəd bu günə ölüdrülməliymiş ABŞ Demokrat Partiyasının qurultayının keçirildiyi Denver şəhərində dörd nəfər həbs olunub. APA-nın məlumatına görə, saxlanan şəxslərin prezidentliyə namizəd Barak Obamaya sui-qəsd hazırladığı ehtimal olunub. Polisin məlumatına görə, sui-qəsdin avqustun 28-də Obamanın stadionda çıxışı zamanı həyata keçirilməsi planlaşdırılıb. Terrorçu Obamanı snayper tüfəngi ilə vurmağa hazırlaşırmış. Saxlanan şəxslərdən biri artıq polisə ifadəsində cinayəti etiraf edib. Obamanı qətlə yetirməyə hazırlaşanların irqçi təşkilatların üzvü olduğu güman edilir. Təhqiqata ölkənin birinci şəxslərinin təhlükəsizliyini təmin edən ABŞ Məxfi Xidmətinin əməkdaşları da cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar