SON XƏBƏRLƏR

Həbsxanada olan Güney Azərbaycanın milli fəalı İbrahim Rəşidinin yüksək təhsil almağına qadağa qoyulub

2021.10.20, 07:36
Həbsxanada olan Güney Azərbaycanın milli fəalı İbrahim Rəşidinin yüksək təhsil almağına qadağa qoyulub

Gunaz.tv
Həbsxanada olan Güney Azərbaycanın milli fəalı İbrahim Rəşidinin yüksək təhsil almağına qadağa qoyulub ibrahimreshidi.gif DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən Güney Azərbaycanın milli haqları uğrunda mübarizə aparan Evrin qeyri hökümət təşkilatının təsisçisi, Urmiyə Universitetinin ustad Şəhriyar dərnəyinin Ulduz, Bulud, Baxış və Oyanış dərgilərinin redaktoru və yazarlarından olan Urmiyə Universitetinin mexanika mühəndisliyi fakültəsinin məzunu İbarhim Rəşidi dəfələrlə İran ETTELAAT-ı tərəfindən milli fəaliyyətinə görə həbs edilərək Tehran “Evin” həbsxanasında Urmiyə, Əhər və Ərdəbil ETTELAT-ın təcridxanalarında ağır işgəncə və təzyiqlərə məruz qoyulub. Hal hazırda Urmiyə həbsxanasında 5 ay həbs cəzasını çəkmək üçün saxlanmaqdadır. Yüksək ali təhsilini davam etdirmək üçün bütün sənədlərini və imtahanlarını verdikdən sonra İranın faşist molla hakimiyətinin təhsilə nəzarət komitəsinin rəyi əsasında İbrahim Rəşidi ömürlük təhsildən məhrum edilib.dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar