SON XƏBƏRLƏR

Dik Çeyni sərt bəyanatla çıxış etdi:ABŞ Gürcüstanın ərazi bütövlüyünü təmin edəcək

2021.10.20, 07:36
Dik Çeyni sərt bəyanatla çıxış etdi:ABŞ Gürcüstanın ərazi bütövlüyünü təmin edəcək

Gunaz.tv
«ABŞ Gürcüstanın ərazi bütövlüyünü təmin edəcək» ljr2b2vf.gif Dik Çeyni sərt bəyanatla çıxış etdi ABŞ-ın vitse-prezidenti Dik Çeyni, Gürcüstandakı münaqişəni Rusiya tərəfindən həyata keçirilmiş əsassız təcavüz aktı kimi qiymətləndirib. O vəd edib ki, ABŞ və müttəfiqləri Gürcüstanın ərazi bütövlüyünü təmin edəcək: «Gənc demokratiya əsaslandırılmamış təcavüzün obyektinə çevrilib. Biz gürcüləri dəstəkləyirik və Gürcüstanın ərazi bütövlüyünü təmin etmək üçün müttəfiqlərimizlə işi davam etdirəcəyik». Dik Çeyni bu bəyanatı Fenikə «Amerika legionu» təşkilatının illik qurultayında çıxışında verib. Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti gələn həftə Tiflisə səfər edəcək. Onun sözlərinə görə, dünya ictimaiyyəti Rusiyanın suveren və demokratik ölkəyə müdaxiləsini, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanımasını yekdilliklə pisləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar