SON XƏBƏRLƏR

Çin polisi Doğu Türküstanda 500 uyğur türkünü həbs edib

2021.10.20, 07:36
Çin polisi Doğu Türküstanda 500 uyğur türkünü həbs edib

Gunaz.tv
Çin polisi Doğu Türküstanda 500 uyğur türkünü həbs edib uygurflaq.gif DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən son iki həftə ərzində Çində 500-ə yaxın Şərqi Türküstan Azadlıq Təşkilatının fəalları həbs edilib. Məlumatda bildirilir ki, təkcə Kaşğar bölgəsində Çin polisi yüzdən artıq uyğur türkünü milli azadlıq fəalı olduğuna görə həbs edib. Sürgündə olan Uyğur Dünya Konqresi bu barədə açıqlama verərərək bildirib ki, həbs olunan soydaşlarımız ağır fiziki işgəncə və ölüm təhlükəsindədir. Faşist Çin rejimi uyğur türklərinə qarşı neçə illərdir ki, bütün cinayətlərə o cümlədən kütləvi edam və həbslərə əl atmaqdadır. Çində 2008-ci il olimpiada müsabiqələri sırasında bir neçə partlayış üz vermişdir. Həmin partlayışları müstəqillik əldə etmək məqsədilə mübarizə aparan uyğur türklərinin törətdiyi bildirilir. Bu xəbərlər nəticəsində beynəlxalq kütləvi informasiyalarda Çində yaşayan uyğur türkləri bir neçə gün olsa da dünya mediasında gündəmə gəldi. Ancaq bu çox uzun sürmədi. Yenədə Çin hakimiyyəti milyonlarla uyğur türkünü əsarətdə saxlayaraq onlara qarşı qeyri-insani rəftarlarını davam etməkdədir. Beynəlxalq təşkilatlar uyğur türklərinə qarşı olan haqsızqlıqlara nədənsə göz yummaqdadırlar. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar