SON XƏBƏRLƏR

Lavrov Azərbaycanı və Moldovanı arxayın etdi

2021.10.20, 07:36
Lavrov Azərbaycanı və Moldovanı arxayın etdi

Gunaz.tv
Lavrov Azərbaycanı və Moldovanı arxayın etdi article_1219922158.gif “Çünki Moldova və Azərbaycanda Saakaşvili kimi ağlını itirmiş liderlər yoxdur” Rusiyanın xarici işlər naziri Sergey Lavrov Böyük Britaniyanın xarici işlər naziri Devid Milibendin Kiyevdə verdiyi bəyanata münasibət bildirib. D. Milibend bəyanatında bildirib ki, imperiyanın sonuna çatmaq və postsovet məkanındakı münaqişələrin, o cümlədən Dnestryanı və Dağlıq Qarabağ problemlərinin dinc yolla həllinə nail olmaq lazımdır. S. Lavrov isə Böyük Britaniyalı həmkarını narahat olmamağa çağırıb: “Dnestryanı və Dağlıq Qarabağ münaqişələri Cənubi Osetiya və Abxaziya ssenarisi ilə inkişaf etməyəcək. Çünki Prednestrovye və Dağlıq Qarabağ münaqişələrinin həlli üçün danışıqlar aparan şəxslər Mixail Sakaşvili deyil. Moldova və Azərbaycanda M.Saakaşvili kimi ağlını itirmiş, öz ölkəsini dağıdan, güc yolu ilə münaqişə həll edən liderlər yoxdur. Halbuki Gürcüstan rəhbərliyi Cənubi Osetiya və Abxaziyada məhz bunu etmişdi. Odur ki, bu məsələ ilə bağlı Milibendi arxayın etmək istərdim”. // APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar