SON XƏBƏRLƏR

Türkiyədə hərbçilərin maşını minaya düşüb

2021.10.20, 07:36
Türkiyədə hərbçilərin maşını minaya düşüb

Gunaz.tv
Türkiyədə hərbçilərin maşını minaya düşüb Türkiyənin Hakkari vilayətinin Şəmdinli qəsəbəsində kənd mühafizəçilərini daşıyan maşın terrorçuların yola yerləşdirdiyi minaya düşüb. APA-nın məlumatına görə, nəticədə 1 kənd mühafizəçisi şəhid olub, 2 əsgər və 3 müdafiəçi isə yaralanıb. Hadisədən sonra terrorçuları maşını atəşə tutub və atışma baş verib. Türk Silahlı Qüvvələri əraziyə xeyli hərbçi göndərib. Hazırda bölgədə atışma davam edir. LENT.AZ ------------------------------------------------------------------------- “Böyük yeddilik” Rusiyaya qarşı birləşdi Moskva açıq şəkildə işğalçı adlandırıldı “Böyük yeddilik” ölkələri Rusiyaya qarşı birləşərək Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını sərt tənqid ediblər. Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Kanada və İtaliya xarici işlər nazirləri Rusiyanın addımının Gürcüstanın ərazi bütövlüyünü pozduğunu və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğunu qeyd ediblər.Bəyanatda Rusiyanın qərarının onun Qafqazda sülh və stabillik tərəfdarı olmasını şübhə altına aldığı vurğulanır: “Biz Rusiyanın Gürcüstanda qeyri-proporsional hərbi qüvvədən istifadə etməsindən və bu ölkənin rus hərbçiləri tərəfindən işğalının davam etməsindən təəssüflənirik. Biz yekdilliklə Rusiyanı altı bənddən ibarət sülh planını yerinə yetirməyə və qoşunlarını münaqişə başlayana qədər tutduğu mövqelərə qaytarmağa çağırırıq”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar