SON XƏBƏRLƏR

Mübariz Əhmədoğlu: “Ermənistanın iki yolu var, ikisində də Dağlıq Qarabağ əlindən çıxır”

2021.10.20, 07:36
Mübariz Əhmədoğlu: “Ermənistanın iki yolu var, ikisində də Dağlıq Qarabağ əlindən çıxır”

Gunaz.tv
Mübariz Əhmədoğlu: “Ermənistanın iki yolu var, ikisində də Dağlıq Qarabağ əlindən çıxır” “İndiki vəziyyətdə Ermənistanın qarşısında iki yol var, hər iki variantda Dağlıq Qarabağ onun əlindən çıxır”. Lent.az-ın məlumatına görə, bu fikirləri bölgədə yaranmış vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu səsləndirib. Onun qənaətincə, birinci variantda Rusiya Ermənistanla birləşməlidir. Bunun üçün isə Azərbaycan bu ölkəylə sərhədlərini açmalıdır. Azərbaycan isə yalnız torpaqlar işğaldan azad edildikdən sonra bunu edə bilər. Ermənistanın vəziyyətdən çıxması üçün ikinci yol isə Türkiyənin bu ölkəylə sərhədlərini açmasıdir: “Bunun üçün isə Türkiyə Dağlıq Qarabağın işğaldan azad olunmasını minimal şərt kimi irəli sürəcək”. M.Əhmədoğlunun fikrincə, Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini taniyan yeganə dövlət olacaq. Rusiyanin ABŞ kimi BMT-nin sanksiyası olmadan suveren dövlətin ərazisinə girdiyini deyən ekspertin sözlərinə görə, gələcək durumla bağlı irəli sürülən versiyaların heç birini istisna etmək olmaz. Pərvin Abbasov LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar