SON XƏBƏRLƏR

Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiq edəcək

2021.10.20, 07:36
Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiq edəcək

Gunaz.tv
Avropa Birliyi Rusiyaya sanksiyalar tətbiq edəcək fransa-rus-qanun.jpg Avropa Birliyi Gürcüstandakı münaqişəyə görə Rusiyaya sanksiyalar tətbiq etmək niyyətindədir. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla hazırda AB-yə sədrlik edən Fransanın xarici işlər naziri Bernar Kuşner çıxış edib. O, AB-nin Rusiya ilə bağlı “bir çox digər hərəkətləri” də planlaşdırdığını vurğulayıb. Lakin Kuşner hansı tədbirlərə əl atacaqlarını dəqiqləşdirməyib. AB-nin Rusiyaya qarşı sanksiyaları ilə bağlı qərar sentyabrın 1-də birliyin dövlət başçıları səviyyəsində keçiriləcək sammitində qəbul ediləcək. Xatırladaq ki, AB-nin növbədənkənar sammiti Rusiya və Gürcüstan arasında münaqişəyə həsr olunub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar