SON XƏBƏRLƏR

ABŞ SƏFİRLİYİ HÖKUMƏTDƏN JURNALİSTLƏRİN NAXÇIVANDA DÖYÜLMƏSİ HADİSƏSİNİ ARAŞDIRMAĞI İSTƏYİB

2021.10.20, 07:36
ABŞ SƏFİRLİYİ HÖKUMƏTDƏN JURNALİSTLƏRİN NAXÇIVANDA DÖYÜLMƏSİ HADİSƏSİNİ ARAŞDIRMAĞI İSTƏYİB

Gunaz.tv
ABŞ SƏFİRLİYİ HÖKUMƏTDƏN JURNALİSTLƏRİN NAXÇIVANDA DÖYÜLMƏSİ HADİSƏSİNİ ARAŞDIRMAĞI İSTƏYİB terridevidson11.jpg Terri Devidson ABŞ səfirliyi Azərbaycan hökumətinə müraciət edib ki, jurnalistlərin Naxçıvanda döyülməsini araşdırsın. Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson bildirib ki, hökumətdən günahkarları məsuliyyətə cəlb etməyi istəyiblər. «Demokratik cəmiyyətdə jurnalistlərin müdaxiləsiz və şübhəsiz ki, fiziki təzyiq göstərilmədən öz vəzifə borclarını yerinə yetirə bilməsi üçün imkanı olmalıdır» deyə T.Devidson «Turan» agentliyinə açıqlamasında vurğulayıb. Avqustun 27-də Nehrəm kəndində «Azadlıq» radiosunun müxbirləri Məlahət Nəsibova, İlqar Nəsibov və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı Elman Abbas təzyiqlərə məruz qalıb. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar