SON XƏBƏRLƏR

Bakıda, regionda bənzəri olmayan asma körpülər salınacaq

2021.10.20, 07:36
Bakıda, regionda bənzəri olmayan asma körpülər salınacaq

Gunaz.tv
Bakıda, regionda bənzəri olmayan asma körpülər salınacaq Metronun “Əzizbəyov” stansiyasının yanındakı dairəni Heydər Əliyev adına beynəlxalq hava limanı ilə birləşdirən yeni avtomobil yolunun Sabunçu dairəsinədək olan hissəsi yaxın 15 gün ərzində istifadəyə veriləcək. Bu barədə “Azəryolservis” ASC-dən Lent.az-a bildiriblər. Ümumilikdə yolun tikintisi isə ilin sonuna kimi yekunlaşacaq. Yolun keçdiyi ərazilərdə bataqlıq və torf sahələrinin olması tikinti işlərini bir qədər gecikdirsə də, işin 70 fazi artıq görülüb. Hündür, enli və bir neçə prospekti birləşdirən yol qovşaqları tıxacları aradan qaldırmağa imkan yaradacaq. Beton dirəklərin üzərində uzunluğu 185 və 145 metr olan iki asma körpü salınacaq ki, bu da yalnız Azərbaycanda deyil, həm də regionda oxşarı olmayan yol qovşağı olacaq. Sentyabrda yol qovşağının Ziya Bünyadov və Qara Qarayev prospektlərini birləşdirən hissəsi də istifadəyə veriləcək. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar