SON XƏBƏRLƏR

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

2021.10.20, 07:36
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

Gunaz.tv
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir Bu gün Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının sammiti öz işinə başlayıb. Rusiya sammitin gündəliyinə qondarma Cənubi Osetiya və Abxaziya respublikların tanınması məsələsini daxil etsədə, başda Çin olmaqla digər üzv dövlətlər buna qəti etiraz edib. Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbə sammitində müzakirəyə çıxarılacaq digər məsələ isə quruma yeni dövlətlərin cəlb deilməsi ilə bağlıdır. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Tacikistan, Rusiya, Çin, Qazaxıstan və Qırğızıstan daxildir. Təşkilata üzv dövlətlər İran və Pakitsanın da quruma daxil edilməsini istəyir lidertv ----------------------------------------------------------------- Ermənistan hökuməti kütləvi tədbirlərin keçirilməsinə qadağa qoydu Ermənistan hökumətinin sentyabrın 1-dən - 11-dək paytaxtda kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyan qərarı müxalifət tərəfindən pislənilib. İqtidar çıxardığı qərarı Yerevanda keçiriləcək Ermənistan-Türkiyə futbol oyunu ilə əlaqələndirir. Müxalifət qüvvələri isə bunun tam əksini söyləyir. Ümumxalq müxalifət hərəkatının nümayəndəsi Zurabyan hakimiyyətin qərarını uydurma adlandırıb. Zurabyanın fikrincə, kütləfi aksiyalara qadağa qoyulması sentyabrın 11 də AŞPA-da Ermənistandakı vəziyyətin müzakirəyə çıxarılması ilə bağlıdır. Hakimiyyət çalışır ki, iclasın problemsiz keçməsi üçün kütləvi tədbirlərin qarşısı alınsın.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar