SON XƏBƏRLƏR

Ekspert: "Əgər Dağlıq Qarabağı tanıyarsa" ,Ermənistan "izqoyların siyahısı"na düşəcək

2021.10.20, 07:36
Ekspert: "Əgər Dağlıq Qarabağı tanıyarsa" ,Ermənistan "izqoyların siyahısı"na düşəcək

Gunaz.tv
Ermənistan "izqoyların siyahısı"na düşəcək Ekspert: "Əgər Dağlıq Qarabağı tanıyarsa" Bir sıra Rusiya siyasətçiləri reallıq hissini itirərək Abxaziya və Cənubi Osetiyanın MDB-yə daxil olmasının məqsədəuyğunluğundan danışmağa başlayıblar. Bu bəyanatları şərh edən politoloq Rasim Musabəyova görə, rusiyalı siyasətçilər ya reallıq hisslərini itiriblər, ya da Putinə xoş gəlmək üçün yarışa giriblər. Onun sözlərinə görə, əgər Rusiya belə axmaq addım atarsa, onda özü bu təşkilatın üstündən xaç çəkəcək. Çünki özünə hörmət edən MDB liderlərindən heç biri Kokoytı və Baqapş kimi zır separatçılarla bir stol arxasında oturmaz. Regionda baş verənlərlə bağlı Azərbaycanın mövqeyinə gəlincə isə, Musabəyov "1news.az"a bildirib ki, hazırkı şəraitdə hakimiyyətin məqsədi ölkə üçün bütün riskləri minimallaşdırmaq və "baş verənləri müşahidə etməkdir, çünki bizim regionda ağılsız işlər törədilir". ABŞ-ın vitse-prezidenti Dik Çeyninin səfərinə toxunan politoloq qeyd edib ki, Gürcüstanın düşdüyü situasiyaya düşməmək üçün Azərbaycan ABŞ və Qərbdəki tərəfdaşlarından öz təhlükəsizliyi üçün möhkəm qarantiya almalıdır:" Azərbaycan Qərbin dəstəyinə nail olmazsa, Rusiyanın sərt təzyiqləri qarşısında dayanmaq mümkün deyil". Musabəyov Ermənistanın Dağlıq Qarabağı tanıyacağını istisna edir:"Əgər Ermənistan bu addımı atarsa, həmin an təcrid edilən (izqoy) ölkələrin siyahısına düşəcək. Rusiya bunu özünə rəva görə bilər, Ermənistan üçünsə bu, katastrofik nəticələrə səbəb ola bilər. Ona görə də fikirləşmirəm ki, Ermənistan belə addım atmağa getsin". express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar