SON XƏBƏRLƏR

Qərb Moskvanı “ soyuq müharibə ” yolundan dönməyə çağırır

2021.10.20, 07:36
Qərb Moskvanı “ soyuq müharibə ” yolundan dönməyə çağırır

Gunaz.tv
Qərb Moskvanı “ soyuq müharibə ” yolundan dönməyə çağırır _44964701_coast203b.jpg Abxaziya və Cənubi Osetiyanın tanınmasından bir gün keçmiş inkişaf etmiş qərb ölkələri qrupu, Böyük 7-lər Rusiyanı soyuq müharibə yolundan dönməyə çağırıblar. Fransa prezidenti Nicolas Sarkozy Rusiyanın əməllərini sərhəd dəyişmək cəhdi kimi dəyərləndirib. “Bu qeyri-məqbul addımdır. Biz soyuq müharibənin əleyhinəyik və Moskvanı rəqib olaraq görmürük. NATO Moskva ilə müsbət əlaqələr qurmaq istəyir” , - deyib Moskvaya xəbərdarlığında Fransa prezidenti. Ukraynaya səfər edən Britaniyanın xarici işlər naziri David Miliband qərb dövlətlərini Rusiya ilə əlaqələrə yenidən baxmağa çağırıb. O deyib ki, yeni soyuq müharibənin başlanılmayacağına dair məsuliyyət prezident Medvedevin üzərinə düşür. İlk dəfədir ki, Rusiyanın üzv olduğu böyük 8-lər klubunun yalnız 7 üzvü bu cür bəyanatla çıxış edir. Təhlilçilər deyirlər ki, bu bəyanat Rusiyanın getdikcə təcrid olunmasına dəlalət edir. Lakin Rusiyanın Avropa İttifaqındakı səfiri Vladimir Çijov buunla razılşamır: "Zənnimcə bu belə deyil. İlk öncə biz yalnız tarixi qərb adlandırılan məhdud məkanda yaşamırıq. Müasir dünya daha genişdir ki, Çin, Hindistan, üçüncü dünya və başqa ölkələri əhatə edir. Beləliklə mən bunu təcrid olunma hesab etmirəm. Eyni zamanda müasir dünya qarşılıqlı əlaqələr üzərində qurulur. Belə bir şəraitdə təcrid edənlərin özləri bunun altını çəkə bilərlər. Digər tərəfdən bu səylər onsuzda nəticə verə bilməz" , - deyib Rusiya səfiri bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar