SON XƏBƏRLƏR

MÜSAVAT HAKİMİYYƏTİ NATO-ya İNTEQRASİYAYA ÇAĞIRDI

2021.10.20, 07:36
MÜSAVAT HAKİMİYYƏTİ NATO-ya İNTEQRASİYAYA ÇAĞIRDI

Gunaz.tv
MÜSAVAT HAKİMİYYƏTİ NATO-ya İNTEQRASİYAYA ÇAĞIRDI “İqtidar daha dəqiq siyasət yürütməli və birmənalı addımlar atmalıdır” 2562.jpg Müsavat Partiyası Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasını Gürcüstan ərazisinin bir hissəsinin işğalı kimi dəyərləndirir və bu işğalı qətiyyətlə pisləyir. Bu barədə Müsavat Partiyasının dünən yaydığı bəyanatda bildirilir. Sənəddə Rusiyanın öncə Gürcüstana irimiqyaslı hərbi təcavüz etməsinin beynəlxalq birlik tərəfindən pisləndiyi qeyd edilir. Bəyanatda deyilir ki, öz növbəsində Müsavat Partiyası da işğal faktını pisləməklə yanaşı, işğal olunmuş gürcü ərazilərində Gürcüstanın suverenliyinin təmin olunmasını tələb edir. Müəlliflər Rusiyanın bu addımının beynəlxalq hüquqa zidd olması ilə yanaşı, postsovet məkanındakı digər münaqişəli ocaqlarda təhlükəli ssenarilərə rəvac verə biləcəyini vurğulayırlar. Partiya elə bu səbəb üzündən Azərbaycan iqtidarından daha dəqiq siyasət yürütməyi, Avroatlantika məkanına, ilk növbədə isə NATO-ya inteqrasiya istiqamətində birmənalı addımlar atmağı tələb edir. “Turan” musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar