SON XƏBƏRLƏR

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Gürcüstan böhranıyla bağlı regionda yaranmış son durum barədə BBC-yə müsahibə verib_ MÜSAHİBƏ

2021.10.20, 07:36
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Gürcüstan böhranıyla bağlı regionda yaranmış son durum barədə BBC-yə müsahibə verib_ MÜSAHİBƏ

Gunaz.tv
Ermənistanın sabiq xarici işlər naziri Gürcüstandakı böhranla bağlı Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan Gürcüstan böhranıyla bağlı regionda yaranmış son durum barədə BBC-yə müsahibə verib. BBC: Sizcə, NATO Gürcüstanı öz sıralarına qəbul etməlidirmi? V. O.: Bu məsələ qarşılıqlı anlaşma əsasında həll olunmalıdır. Aydındır ki, NATO diktə altında qərarlar qəbul etmir. Lakin yaranmış son böhranlı durumu Rusiyanın Abxaziyanı və Cənubi Ossetiyanı tanımasını nəzərə alanada, mənə elə gəlir ki, bütün maraqlı tərəflər, şəxsi hisləri bir kənara qoyub, hər-şeyi götür-qoy edib, bizim region üçün uyğun olan, real olan qərar qəbul etməlidirlər. BBC: Ermənistan onillər boyu sovetlərin, Moskvanın nəzarəti altında olub. Sizcə, Ermənistana indi yenidən Rusiyanın ekspansiyası təhlükə yaradırmı? V. O.:Əslində biz heç zaman bunu hiss etməmişik. Bizim Rusiyayla heç bir problemimiz yoxdur. Lakin bizi hazırda narahat edən manevr imkanlarımızın daralmasıdır. Çünki həm Rusiya, həm də Gürcüstan Ermənistan üçün həyati əhəmiyyət daşıyan qonşu və müttəfiqlərdir. Əgər Rusiya bizim strateji partyorumuzdursa, Gürcüstan bizim təbii partnyorumuzdur. Gürcüstan ilə Rusiya arasında başlamış gərinlik, hazırda Qərblə Rusiya arasında gərginliyə çevrilib. Bu gərginlik isə demək olar ki, xırda bir məsələ üstündə alovlanıb. Həmin bu gərginlik Ermənistanı çox çətin vəziyyətə salıb. Son 10 il ərzində Ermənistanın xarici siyasətinin xətti ondan ibarət olub ki, biz hamıya aydın şəkildə bildirmişik ki, Ermənistan Rusiyayla ABŞ arasında seçim etmir. Və biz indi bu mövgeyimizi daha ucadan bildiririk ki, Qərblə Rusiya arasında seçim edilməsi Ermənistan üçün məqbul siyasət deyil. BBC: Axı niyə? Siz görürsünüz ki, Rusiya ekspansiya siyasəti aparır. Axı niyə də Rusiyanın əleyhinə seçim edilməsin? V. O.:Biz Rusiyanın ekspansiya siyasətini yürütdüyü nəticəsini çıxartmağa tələsməməliyik. Bəlkə o bu cür addımlar atmağa məcbur edilib, bəlkə yaranmış vəziyyət tək Rusiyanın yox, bütün tərəflərin hərəkətlərinin nəticəsidir. İndiki durumda hamı təmkinlik nümayiş etdirməlidir. Bu təkcə Rusiya və Gürcüstana aid deyil, Qərb də təmkinlik nümayiş etdirməlidir. Yaranmış vəziyyətdə bütün tərəflər - Brüssel, Moskva, Vaşinqton, Yerevan, Tbilisi və Bakıyla yanaşı oturub hamının maraqlarını nəzərə alan bir həll variantı tapmalıdırlar. Və nəticədə Qafqaz neytral bir zonaya çevrilməlidir. Çünki Qafqaz burada bir neçə dənə hərbi-təhlükəsizlik alyanslarının yerləşdirilməsi üçün olduqca dar bir ərazidir, məxsusən də, söhbət bir -birinə rəgib olan alyanslardan gedəndə. Qafqazın neytral zonaya çevrilməsi yaranmış vəziyyətdən yeganə çıxış yolu ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar